12.09.2012 [09:13] - Gündəm, Türk dünyası-Turan
Həqiqətən bu gün Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının İzmirdən sonra ikincisini keçirməklə mənalı xoşbəxtlik, məmnunluq yaşayırıq. Ev sahibliyi məsələsində dəyərli qardaşıma bütün yoldaşlarım adından ürəkdən təşəkkürlərimi ifadə edirəm. Bizə həqiqətən Azərbaycanda tarixi əhəmiyyəti çox-çox önəmli olan Qəbələ şəhərini tanıtdırdıqları üçün də ayrıca təşəkkürlərimi bildirirəm.
Bu gün istər siyasi, istər hərbi, istər mədəni, istər iqtisadi sahədə həqiqətən çox önəmli məsələləri müzakirə etdik. Həm ikitərəfli görüş keçirdik, həm də nazir yoldaşlarımız öz aralarında görüşlər keçirdilər. Bildiyiniz kimi, enerji sahəsində atdığımız çox önəmli addımlar vardır. Bununla bağlı əlaqədar nazir yoldaşlarımız yenə də bir-biriləri ilə görüş keçirdilər. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 11-də Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezident İlham Əliyevlə birgə mətbuat konfransında səsləndirdiyi bəyanatında bildirib.
"Eyni zamanda, bizim bu toplantımız iki ölkə arasında Nazirlər Kabinetinin birgə iclası kimidir. Nazirlər Kabineti toplantımızı Prezidentimizlə birlikdə keçirmiş olduq. Təbii ki, indi İzmirdən sonrakı dövrü dəyərləndirdiyimiz kimi, bundan sonra da gələcəkdə nələr edə biləcəyimizi, nə kimi addımlar ata biləcəyimizi müzakirə etdik.
Təbii ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara çatdığını, - ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, - əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək - 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu Prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz "İki dövlət, bir millət" anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çadıra bilərik, çatdıracağıq. Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə atacağımız addımlar vardır.
Baş nazirin sözlərinə görə, bir az əvvəl söylədiyim kimi, TANAP layihəsi ilə əlaqədar imzaları İstanbulda, Dolmabaxçada hörmətli qardaşımla bərabər atdıq. Bu andan proses başladı və ən qısa zamanda, inşallah, mexanizmlər işə düşməyə başlayacaqdır.
"Təbii ki, bu layihə artıq tarixə fərqli bir imza atmaq, fərqli bir möhür vurmaqdır, Azərbaycan qazının Türkiyəyə və Avropaya açılması prosesidir. Hər keçən gün inanıram ki, bu layihə dünyanın marağını bu nöqtəyə daha çox cəlb edəcəkdir. Bu mövzuda məsuliyyətimizi dərk edirik. Eyni şəkildə TASMUS layihəmiz də vardır ki, bu da müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində müştərək bir addımın atılmasında çox böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyəti əlaqədar nazir yoldaşlarımız ciddi şəkildə davam etdirirlər.
Əslində, bizim ölkələr arasındakı ikitərəfli əlaqələr belə isti ikən, həm də təbii ki, beynəlxalq mənada, bütün beynəlxalq qurumlardakı həmrəyliyimiz həqiqətən örnək təşkil edə biləcək bir səviyyədədir. Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət etməsi bizlər üçün çox böyük önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı missiyası başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin edəcəkdir.
Aramızdakı mədəni əlaqələrimiz həmrəylik əsasında davam edir. Bununla yanaşı, təşkilatlanma işində atdığımız addımlar vardır, bunlar davam edir. Bu həmrəyliyi qətiyyətlə davam etdirmək məsələsində hər iki tərəfdə iradə vardır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sürətlə davam edir, bununla bərabər, bu gün bir çox detallar üzərində ətraflı dayandıq. Naxçıvan-İğdır arasında dəmir yolu çəkməklə Türkiyə və Azərbaycanı dəmir yolu ilə də birbaşa olaraq bir-birinə bağlamaq imkanını gətirəcək bir fəaliyyətin də addımlarını, inşallah, sürətlə atırıq. Hazırda artıq Naxçıvan ilə İğdır arasındakı əlaqə Türkiyə və Azərbaycan arasında çox mühüm bir prosesi də başlatmış vəziyyətdədir.
Mən beləliklə bu bəyanatımı uzatmadan, - onsuz da dəyərli qardaşım da lazımi açıqlamaları etdi, - bildirirəm ki, bütövlükdə düşüncələrimiz ortaq düşüncələrdir. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın bu ikinci toplantısının bu prosesi daha da sürətləndirdiyini qeyd edir və inşallah, üçüncüsünü də gələn il yenə ölkəmizdə keçirəcəyik. Artıq bu toplantıları paytaxtlarda keçirməkdən çox müxtəlif vilayətlərimizdə keçirməklə bu vilayətlərimizin tanınmasına və tanıdılmasına da fürsət verməsi baxımından bunlar olduqca gözəl bir anlayışın təzahürü deməkdir" Ərdoğan deyib.
Sonra Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV kanalının müxbirinin "Sultanqazidə yeni bir terror aktı törədildi. Bunu necə qiymətləndirirsiniz? Sizə verilən son məlumatları ictimaiyyətlə bölüşə bilərsinizmi? Bir sualım da var. Suriyada seçkilərin keçirilməsi qərara alındı. Bəşər Əsəd bildirmişdir ki, seçkilərdə uduzsam bu dəfə hakimiyyətdən gedəcəyəm. Onun bu fikrini necə qiymətləndirirsiniz?" sualının cavabında deyib:
"Əvvəlcə, Sultanqazidəki terror aktı ilə əlaqədar. Təbii ki, verilən məlumatlar əsasında məsuliyyəti öz üzərinə götürən qrupu hazırda bilirik. Bu barədə xəbəri sizlər də almısınız. Bu, polis şöbəsinə edilən bir hücumdur. Bir şəhidimiz vardır. Bununla bərabər, dörd polisimiz yaralıdır. Burada iki vətəndaşımız da yaralı vəziyyətdədir. Yaralarımızın vəziyyətlərinin ağır olmadığı haqqında məlumat aldım. Onlara Allahdan şəfa arzulayıram, şəhidimizə rəhmət və yaxınlarına səbir diləyirəm. Bildiyiniz kimi, hadisə terrorçu-intiharçının bombanı partlatması nəticəsində baş vermişdir. Cinayəti törədənin şəxsiyyəti müəyyən olunmuşdur. Amma onun əlaqələri hazırda bütün təhlükəsizlik qurumları və polis tərəfindən araşdırılır.
İkinci sualınıza gəldikdə, hazırda Suriyada keçiriləcək seçkilərin inandırıcılığı yoxdur. İnandırıcılığı olmayan bir zəmində keçiriləcək seçkilərin nəticəsi də məlumdur. Hazırda Suriyada vətəndaş müharibəsi gedir. Belə bir şəraitdə keçiriləcək seçkinin nəticəsi artıq indidən məlumdur. Bundan əvvəlcə də, bilirsiniz, bir seçki keçirdilər. Suriya xalqının böyük əksəriyyəti bu seçkilərdə iştirak etmədi. Çünki sağlam bir təməl mövcud deyildi. Burada sağlam bir təməl yaradılmadan keçiriləcək seçkilərin heç bir qiyməti yoxdur. Belə ki, Cenevrədə qəbul olunan qərarlar vardır. Bu Cenevrə qərarlarına Suriya rejimi əməl etməmişdir. Əgər buna əməl etsəydilər daha artıq məsafə qət edilmiş olardı. Kofi Annanın istefa verməsinin səbəbi məlumdur. Hazırda cənab Lahdar Brahimi bu vəzifəni yerinə yetirir. Ancaq o, vəzifəsinin nə qədər çətin olduğunu artıq indidən ifadə etmişdir. Belə bir şəraitdə sağlam bir demokratik təməl yoxdur. Sağlam təməl olmayınca da buradan çıxacaq nəticələrin qəbul edilməsi də mümkün deyildir".
İctimai Televiziyanın müxbirinin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağı danışıqlar prosesinin getdiyi bir vaxtda bəzi dairələr bu danışıqlar prosesinə fikir vermədən Türkiyə və Ermənistan arasında sərhədin açılması məsələsini yenidən gündəmə gətirir. Bu məsələ ilə bağlı Sizin mövqeyinizi bilmək istərdik" sualının cavabında isə Ərdoğan deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz.
"Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır. Bu, beynəlxalq qurumlar tərəfindən də "Bura Azərbaycanındır" deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur. Bizim mövqeyimiz də burada Ermənistan ilə bağlı atdığımız qətiyyətlə addım, tutduğumuz mövqe nədirsə bundan sonra da eyni şəkildə davam edəcəkdir. Bu prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik" Ərdoğan deyib.

Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |