Şrift:
Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar
06.12.2019 [09:09] - İdman
Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar. Yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər. Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Yarışın nəticəsi barədə müsahibə verən komandamızın baş məşqiçisi Vladimir Şulikin bildirib ki, həm təəssüratları, həm də əhvalı çox yaxşıdır: “Bu gün Dünya Yaş Qrupu Yarışlarının ilk günüdür və biz gümüş medal qazandıq. Bu tarixi hadisədir. Ona görə ki, bu yeniyetmələrin batut yarışlarında bizim ilk medalımızdır. Batut idman növü cəmi beş ildir ki, Azərbaycana gəlib. Bu çox sevindirici hadisədir. Lakin bu bizə sakitləşmək imkanı verməməlidir. Qarşıda yarışların növbəti günləri gəlir. Deyə bilərəm ki, uğurlu başlanğıcın əsası qoyulub. Çalışacağıq ki, belə də davam edək”.
Yarışların ertəsi günü gənc gimnastımız Selcan Maqsudova batut üzərinə çıxacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed