Şrift:
Karateçilərimiz Seneqalda Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edəcək
06.12.2019 [09:12] - İdman
Beynəlxalq Olimpiya Komitəsinin (IOK) İcariyyə şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edib. Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Olimpiya Oyunları 21 oktyabr-15 noyabr tarixlərində keçiriləcək. Yarış altı kumite kateqoriyasından ibarət olacaq. Oğlanlar və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq.
Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed