Şrift:
“Beşiktaş” səfərdə “Kasımpaşa”nı məğlub edib
09.12.2019 [10:44] - İdman
Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub. Oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonağlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.
Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.
“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.
Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.
Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.

DAVAM.AZ
“Ankra Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed