09.12.2019 [11:29] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə partiyanın mərkəzi qərargahında 1988-ci ildə Qərbi Azərbaycandan türklərin departasiyası və soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə alimlər, araşdırmaçılar, yazıçılar, ictimai-siyasi xadimlər, media nümayəndələri, ziyalılar və xeyli sayda Qərbi azərbaycanlılar, onların övladları və nəvələri iştirak edirdilər. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə, əvvəlcə Qərbi Azərbaycanda türklərə qarşı törədilmiş tarixi soyqırımlar və departasiyalar zamanı həyatını itirənlərin, dünyasını dəyişmiş Qərbi Azərbaycandan olan ziyalıların və vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca giriş nitqi ilə çıxış edən MDHP Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev tədbirin mahiyyəti barədə danışdıqdan sonra, sözü tədbirin məruzəçisi araşdırmaçı alim, professor Əsgər Zeynalova verdi. Ə.Zeynalov baş vermiş hadisələrin tarixi və yaranma səbəbləri, yaratdığı fəsadların miqyası və acı nəticələri barədə geniş məruzə ilə çıxış etdi. Alim mövzu ilə bağlı elmi müstəvidə aparılan mübarizədən, hədəflərdən və bu günə qədər əldə olunan nəticələrdən danışdı.
Məruzəçinin çıxışından sonra söz MDHP sədri, millət vəkili Fərəc Quliyevə verildi. F.Quliyev çıxışında Qərbi Azərbaycanla bağlı dövlətin ortaya qoyduğu cəsarətli mövqe barədə şərh verərək, sədrlik etdiyi MDHP-nin bu istiqamətdə sərgilədiyi mövqe və təqdim etdiyi platformadan danışıb. O, Ermənistan-Azərbaycan müharibəsi və bu müharibə fonunda Qərbi azərbaycanlıların problemləri ilə bağlı irəli sürdüyü təkliflərdən bir neçə arqument sadalayaraq, zaman itirməyin bizim əleyhimizə işlədiyini vurğulayıb və bu məsələdə vaxt itirmədən sərt mövqe ortaya qoymağın tərəfində olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Milli Məclisdə təklif verərək, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızdan ibarət 10 minlik bir “Yurda qayıdış” partizan ordusu yaratmaqla bu problemi qısa zamanda həll etməyin mümkünlüyünü bildirib və bu məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.
Sonra mövzu ilə bağlı danışmaq istəyən tədbir iştirakçıları dinlənildi və fikir mübadilələri aparıldı.
Çıxışçılardan “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıbov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, araşdırmaçı alim, türkoloq, tarixçi, publisist, Mirzə Ənsərli və digərləri hadisələrin yaratdığı fəsadlar, bu gün görülən işlər və 1988-ci ildəki hadisələr də daxil olmaqla Qərbi Azərbaycanda hayların gəlişi ilə millətimizə qarşı törədilən vandalizm və soyqırımların, bölgənin demoqrafik vəziyyətinin məqsədyönlü şəkildə dəyişmə siyasətinin dünya ictimaiyyətinə çatdırılması, eləcə atılmalı olan prinsipial addımlar barədə danışıb, təkliflər veriblər.
Tədbirin sonunda aparılan müzakirələr və çıxışlar əsasında, eləcə F.Quliyevin tövsiyyələrinə uyğun olaraq, qərara alındı ki, Qərbi azərbaycanlıların soyqırım və departasiyası ilə bağlı maarifləndirmə istiqamətində görülən işlərin mütəmadiliyi təşkil olunsun.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |