Şrift:
Dövlət Məşğulluq Xidməti 23 rayonda gənclər üçün təlimlər keçirib
10.12.2019 [09:18] - Gənclik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanması üçün təlimləri davam etdirir. Nazirlikdən verilən məlumata görə, xidmət ötən həftə 23 rayonda bu istiqamətdə təlimlər təşkil edib. Təlimlərə 400-ə yaxın gənc cəlb olunub. Onlara karyera planlaması, komandanın qurulması, öz işgüzar keyfiyyətlərini, peşə və ixtisas bacarıqlarını işəgötürənə düzgün təqdimat etmək, müsahibəyə hazırlıq, CV, rezume yazılması, işə daxil olmaq üçün müsahibə mərhələsindən keçmək və digər sahələr üzrə nəzəri və praktik biliklər öyrədilib. İlin sonuna kimi davam edəcək təlimlər respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed