10.12.2019 [10:09] - Gənclik
Dekabrın 14-17-də Şarm-əş-Şeyx şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi və iştirakı ilə III Dünya Gənclər Forumu keçiriləcək. Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib. Səfirlikdən bildiriblər ki, diplomat dünyanın bütün ölkələrindən olan 18-40 yaşlı gənclərin Forumun rəsmi saytında qeydiyyatdan keçməklə bu mötəbər tədbirdə iştirak edə biləcəklərini vurğulayıb. Qeyd olunub ki, builki Forumda iştirak üçün Azərbaycandan 32 gənc seçilib. Xüsusi olaraq Misir və Azərbaycan gəncləri arasında, ümumiyyətlə isə Forumda iştirak edəcək dünya gəncləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün Misir hökuməti iştirakçıların təyyarə biletlərini, mehmanxana xərclərini öz üzərinə götürüb.
Adel İbrahim Dünya Gənclər Forumunun sülh, inkişaf və yaradıcılıq mövzularına həsr olunduğunu deyib. O bildirib ki, Forum müasir dünyanın üzləşdiyi problemlərə dair gənclərin öz fikirlərini bildirmələri üçün mühüm platformadır.
Xatırladaq ki, Dünya Gənclərinin birinci Forumu 2017-ci il noyabrında 113 ölkədən 3 min gəncin iştirakı ilə keçirilib. Ötən ilin noyabrında 169 ölkədən 5 mindən çox gəncin iştirakı ilə keçirilən ikinci Forumda Azərbaycanı 14 gənc təmsil edib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |