Şrift:
MDHP Parlament seçkilərində iştirakla bağlı qərar verdi.
10.12.2019 [15:08] - Xəbərlər, Siyasət, Siyasi partiyalar
Bugün- 10.12.2019 tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisinin yığıncağı keçirildi. Ali Məclisin yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyuldu:

1. MDHP –nin 09 fevral 2020-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclis seçkilərində iştirakı ilə bağlı məsələ.
2. MDHP-ni Milli Məclis seçkilərində təmsil edəcək səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ.
3. MDHP-ni Milli Məclis seçkilərində təmsil edəcək maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi ilə bağlı məsələ.
4. MDHP –nin altıncı çağırış Milli Məclis seçkilərində Partiya tərəfindən veriləcək namizədlərin ilkin siyahısının təsdiqi.

Gündəliyin qəbul edilməsindən sonra söz MDHP sədri Fərəc Quliyevə verildi.
F.Quliyev çıxışında siyasi təşkilatların ölkədə keçiriləcək bütün seçkilərdə iştirakının vacibliyini bildirərək, 09 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə də Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsini partiyanın fəaliyyəti və qanunverici orqanın formalaşdırılması baxımından önəmli olduğunu vurğuladı və milli düşüncənin parlamentə daşınmasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi.

Ardınca Məclis üzvü Həbib Ələkbərov çıxış edərək, Milli Məclis seçkilərində MDHP-ni təmsil edəcək səlahiyyətli nümayəndələrin siyahısının Partiyanın Sədr Aparatı tərəfindən hazırlanmasını təklif etdi.

Keçirilən səsvermələrdə MDHP-nin 09.02.2020 tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərdə iştirakı barədə qərar qəbul olundu və namizədlərin siyahısının hazırlanması və irəli sürülməsi, eyni zamanda seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrin təyin olunması partiyanın Sədr Aparatına həvalə edildi.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed