Şrift:
Bişkek Türk Dünyası yolunda...Rusiya isə qəzəblənir
12.09.2012 [12:02] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstan Türkiyə ilə birgə hərbi təlimlərə başlayıb; KTMT-nin Ermənistandakı təlimlərinə isə qatılmayacaq

Qırğızıstanın paytaxtı Bişkekdə bu ölkə ilə Türkiyənin birgə hərbi təlimləri başlayıb. “Regnum” Qırğızıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlər sentyabrın 11-dən oktyabrın 26-dək davam edəcək. Qırğız tərəfdən təlimlərdə Müdafiə, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri və Daxili Qoşunların hərbçiləri iştirak edəcək. Qeyd edək ki, Qırğızıstan Rusiyanın patronajlığı ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 6 üzv ölkədən (Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistanla birgə) biridir. Üç gün sonra - sentyabrın 15-19-da isə Ermənistanda KTMT üzv dövlətlərin birləşmiş hərbi qüvvələrinin hərbi manevrləri keçirilməlidir.

Şərti adı “Qarşılıqlı əlaqə -2012" olan təlimlərlə bağlı artıq İrəvanda KTMT birləşmiş qərargahının ilk məsləhətləşməsi keçirilib. Ermənistan müdafiə nazirinin müavini Arsrun Ovanisyanın sözlərinə görə, məsləhətləşmə çərçivəsində Ermənistana gəlmiş Rusiya, Qazaxıstan və Belarus hərbi bölmələrinin komandirlərinə təlimlərlə bağlı müvafiq təlimatlar verilib.

Nazir müavinin dediyinə görə, təlimlərdə Rusiyadan 300, Qazaxıstandan 46, Belarusdan isə 73 hərbçi iştirak edəcək. Onlar artıq Ermənistanda dislokasiya olunub. Təlimin mövzusu “Qafqaz regionunda KTMT-nin iştiraklı ilə kollektiv təhlükəsizlik sistemi qüvvələri və vasitələrinin tətbiqi”dir.

Göründüyü kimi, Qırğızıstan və Tacikistan Ermənistandakı manevrlərə qatılmaqdan imtina edib. Qazaxıstan isə minimum hərbçi ilə təmsil olunub. Bu da təəccüblü deyil. MDB-nin türkdilli və müsəlman ölkələri ölü doğulmuş bu alyansın kimə qarşı yaradıldığının fərqindədir.

Nəzərə alsaq ki, Qırğızıstanda artıq demokratik hökumət qurulub və onun prezidenti Almazbek Atanbayev Türkiyəyə, Azərbaycana qarşı isti münasibətlərdədir, türkçüdür, gözləmək olar ki, Qırğızıstan da Özbəkistan kimi anti-Azərbaycan və anti-Türkiyə alyansı kimi tanınan KTMT-ni tezliklə tərk edəcək. KTMT-nin hərbi təlimləri ilə təxminən eyni vaxtda Qırğızıstan-Türkiyə təlimlərinə start verilməsi bu qənaəti gücləndirir.

ZAHİD
Bu xəbər oxucular tərəfindən 1616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed