11.12.2019 [11:10] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun piyada keçid xəttində İrandan gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə, gömrükçülər tərəfindən saxlanılıb və şifahi sorğu sual edilib. Üzərində və ya əşyalarının içərisində gömrük nəzarətindən gizlədilən, qadağan olunan predmetlər, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər əşyalar olmadığını bildirən xanım vətəndaş qanunvericiliyə əsasən şəxsi yoxlamaya cəlb olunub. Üzərində gömrük sərhədindən keçirilməsi qadağan olunan predmet aşkar edilməyən qadına qanunvericiliyə əsasən daxili bədən boşluqlarında yoxlama aparılacağı bildirilib. Bu zaman o daxili orqanlarında gizlədilən maddələr olduğunu etiraf edib. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilən tibbi müayinə zamanı həmin qadının daxili orqanlarında 2 bükümdə, ümumi çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə - metamfetamin aşkar edilib. İlkin dindirmə zamanı vətəndaş həmin maddələri bu ilin dekabr ayında onunla birlikdə İrana səyahət edən Rauf Üzdənbəyovdan bu ölkənin ərazisində aldığını, daxili orqanında gömrük sərhədindən keçirərək Sumqayıt şəhərində ona təhvil verəcəyinə dair razılığa gəldiklərini bildirib. Aparılan araşdırma nəticəsində R.Üzdənbəyovun şəxsiyyəti müəyyənləşdirilib və o İrandan geri qayıdarkən Biləsuvar gömrük postunda saxlanılıb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |