12.09.2012 [12:30] - Sosial
ASALA TÜRKİYƏNİ TERRORLA HƏDƏLƏDİ.
Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən sonra Ermənistanın Macarıstanla diplomatik əlaqələri dərhal kəsməsi, sən demə, heç də bütün erməni isteblişmenti tərəfindən təqdirlə qarşılanmayıb. Narazılardan biri də son günlərədək düşmən ölkənin Macarıstandakı səfiri olmuş Aşot Navasardyandır.
Səfir diplomatik münasibətləri kəsməkdənsə “Budapeştlə alyansa girməyi” daha ağıllı yol sayıb. “168 jam” qəzetinə müsahibəsində o deyib: “Bizim cəmiyyətin düşmənlər olaraq Azərbaycanla Macarıstan arasında bərabərlik işarəsi qoymasını ağıllı yol hesab etmirəm. Daha düzgün variant Budapeştlə alyansa girib hərəkət əqrəblərini Bakı əleyhinə yönəltmək olmazdımı? Bu, əlbəttə ki, hipotetik fikirdir. Ancaq diplomatiyada bütün vasitələr məqbuldur, təbii ki, əgər onlar dövlətin maraqlarından irəli gəlirsə”.
Bu, doğrudan da belədir. Ermənilər mifik dövlət maraqları naminə hər vasitəyə, o cümlədən terrora həvəslə əl atan, hətta öz soydaşlarının belə qanına susayan bir toplum kimi dünyada tanınırlar. Götürək elə həmin mifik “dövlət maraqları” naminə ötən əsrin 70-80-ci illərində onlarla dinc türkü, diplomatını qətlə yetirən ASALA terror təşkilatını.
Bu günlər bədnam təşkilat yenidən Azərbaycan və Türkiyə əleyhinə hədələri ilə gündəmə gəlib. Bu hədələr ABŞ, bir sıra digər Qərb dövlətlərinin rəsmiləri tərəfindən artıq ciddi qəbul olunmaqda ikən dünən ASALA guya yayılan məlumatların əsassız olduğu barədə bəyanat verib.
Erməni saytlardan birində gedən bəyanatda terrorçu təşkilat Azərbaycanın Macarıstandakı səfirliyinə təhdid və hədə dolu məktub göndərdiyini təkzib edir, bunu “Azərbaycan hakimiyyətinin dezinformasiyası”, Ramil Səfərovun əfvindən sonra beynəlxalq rəyi çaşdırmağa yönəlik cəhdlər kimi qələmə verir. Sitat: “Biz adımızdan yayılan belə yalan informasiyaları təkzib edirik”.
Ənənəvi erməni xəstəliyinin ruhunda olan bəyanatda qardaş Türkiyəyə qarşı ərazi iddiası da yer alıb. Sitat: “Qərbi Ermənistanın (Şərqi Türkiyə - Z.S.) azadlığı erməni diasporunun əsas hədəfi olaraq qalır və təbii ki, ASALA-nın da bu gün əsas missiyası bundan dur. Biz bu hədəfdən kənarlaşmaq niyyətində deyilik. Türkiyə milyonlarla erməninin məhvinə görə tarixin mühakiməsindən qaça bilməz. Heç şübhə yox ki, erməni və kürd xalqları öz haqlarını bərpa edəcək və öz ərazilərini türk hökmranlığından azad edəcəklər”.
Beləcə, Ermənistan dünyada terrorçu qurum kimi tanınan və guya buraxılmış ASALA terror təşkilatına təbliğati, informasiya və digər dəstəyi davam etdirir. Diqqət edin, hakimiyyətə yaxın erməni saytı bu hörgütü həvəslə reklam edir, bununla da ASALA-nın onlarla günahsız türkü məhv eləməsinə, ümumiyyətlə, terrora haqq qazandırır. Bu harasıdır, ASALA-nın Türkiyəyə qarşı yeni terror aktlarının (həm də PKK ilə birgə) anonsunu verir, Türkiyəni təhdid edir.
Biz də elə onu deyirik ki, Azərbaycana, Türkiyəyə ASALA təhlükəsi indi daha ciddi şəkil alıb. Onu deyirik ki, Ermənistan terrorçu dövlətdir və beynəlxalq birlik bu işğalçı ölkəyə münasibətdə öz münasibətini məhz bu amili nəzərə olaraq müəyyənləşdirməlidir.
Xatırladaq ki, abreviaturası “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” olan ASALA 1975-ci ildə Livanda yaradılan erməni terror qruplaşmasıdır. Türkiyə və ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu ərazidə “Böyük Ermənistan” dövləti qurmaq, uydurma “erməni genosidi”nin dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdır.
22 dekabr 2010-cu il tarixdə ABŞ Konqresində saxta “soyqırım” məsələsini müzakirəyə çıxara bilmədiyi üçün ASALA öz fəaliyyətinə yekun vurduğunu elan etmişdi. Təşkilata yaxın olan mənbələr isə məsələyə münasibət bildirməkdə çətinlik çəkmişdilər. Ancaq göründüyü kimi, erməni başkəsənlər heç yerə buxarlanıb eləməyiblər, ASALA təzədən xortlayıb...
Zahid SƏFƏROĞLU

Bu xəbər oxucular tərəfindən 1374 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |