Şrift:
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
12.12.2019 [09:46] - Mədəniyyət
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi beynəlxalq metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti və digər sahələri əhatə edən metodiki vəsait hazırlayır. Bu günə qədər çapdan çıxan vəsaitlərin sayı 100-ə çatıb.
Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış növbəti metodiki vəsaitlər mədəniyyət evlərinin fəaliyyətini əhatə edir. “Xalq teatrında səhnə tərtibatı və geyimlər” və “Xalq teatrları və özfəaliyyət dram dərnəklərinin repertuar seçimi” adlı növbəti metodiki vəsaitlər işıq üzü görüb. Metodiki vəsaitlərin yazılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən həvəskar teatr kollektivlərinin, tamaşaçıların zövqünü oxşayan, onları maraqlandıran, düşündürən, kollektivin imkanlarına uyğun keyfiyyətli tamaşalar hazırlamağa yardımçı olmaqdır.
Xalq və özfəaliyyət teatrlarında çalışan həvəskarlar üçün bu metodiki vəsaitlər olduqca vacibdir. Teatr-dekor sənəti, yeni dekorasiya, qrim, uğurlu və maraqlı repertuarın seçilməsi teatrın inkişafı üçün önəmli şərtlərdir. Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda teatrsevər geniş oxusu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, vəsaitlərin Bakıda və regionlarda təqdimatının keçirilməsi planlaşdırılır. Bütün metodiki vəsaitlərlə mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed