Şrift:
UEFA Çempionlar Liqası: Daha 8 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib
12.12.2019 [10:09] - İdman
Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun daha 8 qarşılaşması oynanılıb. Turun ikinci oyun gündə A, B, C və D qrupundakı ilk iki yeri tutan komandalar bəlli olub. Bunlar A qrupunda PSJ və “Real Madrid”, B qrupunda “Bavariya” və “Tottenhem”, C qrupunda “Mançester Siti” və “Atalanta”, D qrupunda isə “Yuventus” və “Atletiko Madrid” klublarıdır. Turun ikinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

A qrupu:
PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0;
“Brügge” (Belçika) – “Real Madrid” (İspaniya) - 1:3.

B qrupu:
“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1;
“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0.

C qrupu:
“Dinamo Zaqreb” (Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4;
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3.

D qrupu:
“Bayer Leverkuzen” (Almaniya) – “Yuventus” (İtaliya) - 0:2;
“Atletiko Madrid” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed