Şrift:
D vitamininin əskikliyi bu xəstəliklərə yol açır
13.12.2019 [09:58] - Sağlıq
D vitamini orqanizmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir. Bu vitaminin orqanimzdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərər səbəb ola bilər.

1. Osteoporoz
Saglamolun.az xəbər verir ki, D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.

2. Yüksək xolesterin
D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarla daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.

3. İmmunitetin zəifləməsi
D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qripp və soyuqdəymə xəstəliklərinə tutulur. Həmçinin D vitamininin çatışmazlığı orqanimdə iltihabın artmasına səbəb olur.

4. Əhvalın pis olması, ümidsizlik, depressiya
D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına,ümidsizliyə, depressiyaya səbəb olur.

5. Əzələlərdə ağrılar
Əzələlərin tez-tez və səbəbsiz ağrıması D vitaminin çatışmazlığının simptomu ola bilər.

6. Dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi

7. Xərçəng

Araşdırmalar göstərir ki, D vitamininin əskikliyi xərçəngin riskini artırır.

D vitamininin əsas mənbələri bunlardır:

- balıq və balıq yağı
- yumurta sarısı
- qaraciyər
- pendir
- kərə yağı
Lakin bu vitaminin əsas mənbəyi gün şüalarıdır. Gün şüalarının dəriyə təsiri nəicəsində orqanizmdə D vitamini sintez olunur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed