13.12.2019 [12:38] - Borçalı
Azərbaycan və Gürcüstanı əhatə edən vahid turpaketlər hazırlanıb
“Azərbaycan və Gürcüstanın turizm şirkətləri iki ölkəni əhatə edən turpaketlər hazırlayıb”. Bunu Dövlət Turizm Agentliyinin Mətbuat katibi Kənan Quluzadə bildirib.
O deyib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində açılmış Azərbaycanın Turizm Nümayəndəliyinin əsas məqsədi vahid paketlərin formalaşdırılması ilə Gürcüstana gələn turistlərin Azərbaycana da keçidini təmin etməkdir: “Məqsəd Gürcüstanın Laqodexi istiqamətindən Şəki və ətraf rayonlara, Qırmızı Körpü istiqamətindən Gəncəyə vahid paketlərin olmasıdır. Bu məqsədlə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətləri iki ölkəni əhatə edən turizm paketləri formalaşdırılıb”.
K.Quluzadə bildirib ki, Azərbaycan və Gürcüstanın qarışısında duran əsas vəzifə sərhəd keçid məntəqələrini turistlər üçün daha sərbəst və rahat keçidi təmin etməkdir: “Məqsədimiz sərhədi protokol keçidi kimi hiss etsinlər”.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |