16.12.2019 [07:00] - Mədəniyyət
Müasir İncəsənət Muzeyi və məşhur Azərbaycan rəssamı Milena Nəbiyeva Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar geniş miqyaslı xeyriyyə layihəsini elan edir. 20-27 dekabr tarixlərində muzeyin sərgi salonunda 50-ə yaxın sənət əsərləri sərgilənərək xeyriyyə məqsədilə satışa çıxarılacaq. Milena Nəbiyeva üçün xeyriyyəçiliyə müraciət – ruhun və ürəyin bir ehtiyacıdır. Həyatının bu sahəsi ilə əlaqəli suallara cavab verərkən, həmişə vurğulayır ki, bir dəfə valideyin qayğısından məhrum olan uşaqların gözlərinə baxdıqda o, onların həyatlarına istilik və qayğı hissini bəxş etmək istədiyini artıq başa düşdü. Elə o andan etibarən onun uşaq evlərinə etdiyi səfərlər daimi oldu. Əvvəlcə onlar qeyri-ictimai xarakter daşıyırdılar. Rəssam, lakin hər şeydən öncə iki gözəl övladın anası olaraq buna təşəbbüs göstərmirdi. Lakin, zaman keçdikcə böyük həcmdə işlərin tək başına yerinə yetirməyin mümkünsüz olduğunu anladı. Tədricən, o bu nəcib fəaliyyətə yaxın insanları və qəlbində bu işə cəhd göstərən şəxsləri cəlb etdi.
Rəssamın özünün vurğuladığı kimi, əsas hədəfi ailədən kənarda qalan uşaqlara mövcud olan şərtlərə baxmayaraq həyatlarının bir çox insanlar üçün olduqca vacib və maraqlı olduğunu aydın şəkildə izah etməkdir. Bu uşaqların gələcəyi – Azərbaycanın inkişafının ayrılmaz hissəsidir. Buna görə Milena, bütün iştirakçıların təqdim etdiyi sənət əsərləri əsasında hazırlanan layihədə iştirak etmək üçün respublikanın məşhur və görkəmli sənətkarlarına müraciət etdi. Buna görə ekspozisiya formatının özü sanki sənətkarların yaradıcılıq simbiyozudur, sanki cəmiyyətimizdə mövcud olan qarşılıqlı əlaqələrin əksidir. Beləliklə, layihə kimsəsiz uşaqların olmadığını bildirir. Bu uşaqların hər birinin arxasında güclü bir dövlət və taleyinə biganə olmayan insanlar dayanır. Layihə genişdir və buna görə hazırlıqlar elandan çox əvvəl başlanmışdır. Rəssam sonda bir xeyriyyə məqsədi ilə təşkil olunan sərgi keçirmək qərarına gəldi: sərgidə nümayiş olunan rəsm əsərlərinin satışından əldə edilən bütün vəsaitlər antibiotiklərin yan təsiri fonunda yaranmış limfoblastik limfoma ilə mübarizədə cəsarət göstərən Nərminə Kiçibəyovanın müalicəsinə xərclənəcəkdir. Milenanın özünün dediyi kimi, uşaqların həyatı dünyada ən dəyərli şeydir!
“Mən ürəkdən inanıram ki, Azərbaycanda geniş qəlbli insanlar çoxdur. Bundan əlavə, xeyriyyəçilik ənənələri qəti şəkildə bizim"insanlıq kodumuza" yazılmışdır. Biz adlarını əzaba və zillətli həyata düçar olmuş şəxslərə göstərilən qayğı tarixinə qızıl hərflərlə yazan böyük Azərbaycan övladlarının həyat yolu ilə getməyə bilmərik. Mən, on beş yaşlı bir uşağın hansı ağır bir xəstəliklə mübarizə apardığını eşidən kimi, onun ailəsinə kömək etmək, onlara və Nərminə başlarına gələn bəla ilə üz-üzə qalmayacaqlarını anlatmaq qərarına gəldim”.
Belə bir formatda və miqyasda layihə Azərbaycanda ilk dəfədir ki keçirilir. Milena Nəbiyeva bunun tək bir aksiya olmadığını və hər il təşkil olunacağını vurğulayır. Beləliklə, bəzi səbəblərə görə bu dəfə layihədə iştirak edə bilməyənlər gələcəkdə bu işə qoşula biləcəklər. Bu da hər il Milena Nəbiyevanın xeyriyyə layihəsinin həm palitra, həm də “semantik təsviri dolğunluğu” baxımından parlaq və fərqli olacağını göstərir. İdeoloji rəhbər və təşkilatçı Milena Nəbiyeva onun dəvətinə cavab verən bütün rəssamlara öz dərin təşəkkürünü bildirir və bütün maraqlanan insanları sənət vasitəsi ilə insanlığın ən vacib postulatlarına – sevgi və şəfqətə toxunmağa imkan verəcək belə bir genişmiqyaslı tədbirdə iştirak etməyə dəvət edir. O, digər yaradıcı sahələrin nümayəndələrini də dünyanı xilas edəcək unikal gözəllik atmosferini yaratmağa və ona qoşulmağa çağırır. Rəssamlara bu xeyriyyə layihəsinə verdikləri dəstəyə görə təşəkkür edirik: Altay Sadıxzadə, Səlhab Məmmədov, Namiq Məmmədov, Məlik Ağamalov, Zakir Əhmədov, Yavər Sultanov, Eldar Qurbanov, Əli Şəmsi, Rəşad Mehdiyev, Arif Hüseynov, Səbinə Şıxlinskaya, Mir Azər Abdullaev, Vüqar Muradov, Eliyar Əlimirzoyev, Müseyib Əmirov, Yelena Haqverdiyeva, İnna Kostina, Sübhan Məmmədov, Azad Əliyev, Nigar Nərimanbəyova, Milena Nəbiyeva, Aytən Rzaquliyeva, Mahmud Rüstəmov, Mətin Şərifov, Tamilla Həsənova, Rafael Əliyev, Rəşad Babayev, Anar Hüseynzadə, Elnur Babayev, Anar Yolçiyev, Emin Əsgərov, İntiqam Ağayev, Rəhim Qaşımov, Eyvaz Sultanov, Cəlal Ağayev.
Sərginin açılışı: 20 dekabr 2019-cu il, saat 18:30-da (giriş dəvətnamə ilə və facebook tədbirində qeydiyyatdan keçənlər üçün)
Məkan: Müasir İncəsənət Muzeyi
Vaxt: 20-27 dekabr 2019
İş saatları: Çərşənbə axşamı – Bazar 11: 00-dan 20:00-a qədər
Biletin qiyməti: 5 AZN, tələbələr üçün: 2 AZN
Ünvan: Müasir İncəsənət Muzeyi, Bakı.
Əsərləri Minabi Art & Dizaynın Facebook səhifəsində görə və satın ala bilərsiniz.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |