Şrift:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
16.12.2019 [07:07] - İdman
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün dörd sifariş alıb. Həmin turnirin keçirilməsinə Braziliya, Kolumbiya, Yaponiya, həmçinin Avstraliya və Yeni Zelandiya (birgə sifariş) iddia edirlər.
Yanvar və fevral aylarında FİFA dünya çempionatına ev sahibliyi etməyə namizəd ölkələrdə yoxlama səfərləri təşkil edəcək. Çempionatın keçiriləcəyi yer 2020-ci ilin iyununda FİFA Şurasının iclasında seçiləcək. Xatirladaq ki, qadınlar arasında 2019-cu ildə Fransada keçirilmiş futbol üzrə dünya çempionatında ABŞ yığması qalib gəlib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed