13.09.2012 [10:21] - Sosial
Viktor Orban: “Biz onun azadlığa buraxıla biləcəyini və Ermənistanın necə reaksiya verəcəyini bilirdik”
Keçmiş baş nazir Frenk Dyurçan: “Bakı məndən dəfələrlə bu barədə xahiş etmişdi, ancaq xahişləri qətiyyətlə geri çevirdik”
Macarıstanın baş naziri Viktor Orban Ramil Səfərovun ekstradisiyası və azadlığa buraxılması ilə bağlı hələ də davam etməkdə olan qalmaqala görə məsuliyyəti üzərinə götürüb. O bildirib ki, Macarıstan Azərbaycan zabitini ekstradisiya edərkən onun Bakıda azad olunacağını və Ermənistanın buna qəzəbli reaksiya verəcəyini nəzərə alırdı. Macarıstan mətbuatına istinadən bildirilir ki, baş nazir belə reaksiyalar barədə xəbərdar edilməsinə baxmayaraq bu qərarı verib. Viktor Orban mətbuatın yazdıqlarına münasibət bildirərək deyib ki, hökumət daxilində bu məsələ ilə bağlı yekdillik olub: “Hər bir nazirlik öz mövqeyini bildirib. Ədliyyə Nazirliyi hüquqi tərəfindən, Xarici İşlər Nazirliyi diplomatik nəticələrlə bağlı öz baxışlarını ortaya qoyub”. Baş nazirin sözlərinə görə, o, ümumi prosesin sonunda qərar verib: “Xarici İşlər Nazirliyi hansı nəticələr ola biləcəyi ilə bağlı dəqiq proqnoz vermişdi. Əvvəlcədən hesablamadığımız hər hansı bir hadisə baş vermədi”.
Xatırladaq ki, Ermənistanın qəzəbli reaksiyalarından sonra Macarıstan rəsmiləri zabitin azadlığa buraxılmayacağına dair Bakıdan yazılı öhdəlik aldıqlarına dair açıqlamalarla çıxış ediblər. Lakin bu cür öhdəliyin mövcud olduğu sonradan təsdiqlənməyib. Macar tərəfinin bildirdiyinə görə, Azərbaycan hakimiyyəti onları əmin etmişdi ki, zabit cəzasının qalan hissəsini çəkməkdə davam edəcək. Lakin baş nazir Viktor Orbanın bəyan etdiyinə görə, Macarıstan tərəfi prosesin sonrakı inkişafı ilə bağlı məlumatlı olub və bunun məsuliyyətini dərk edərək zabitin ekstradisiyasına qərar verib.
Macarıstanın keçmiş baş naziri Ferenç Gyurçan isə BBC Azərbaycancaya açıqlamasında deyib ki, onun hakimiyyətdə olduğu dövrdə Bakı R.Səfərovun təhvil verilməsinə dair məsələni dəfələrlə ikitərəfli danışıqlarda qaldırıb. 2004-2009-cu illərdə Macarıstanın baş naziri olmuş Gyurçan deyib ki, rəsmi Bakı 2004-cü ildə Macarıstanda NATO təlimlərində iştirak zamanı erməni zabiti öldürdüyü üçün ömürlük həbs cəzasına layiq görülmüş Ramil Səfərovla bağlı onun ofisinə müraciət edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi cənab Səfərovun cəzasının qalan hissəsini orada çəkəcəyinə vəd vermişdi. “Ancaq biz hüquqi və siyasi vəziyyəti araşdırandan sonra başa düşdük ki, cənab Səfərov Azərbaycanda milli qəhrəman hesab olunur... ona görə də işçilərimə məsləhətimdə çox kəskin və açıq şəkildə bildirdim ki, onun həbsxanadan çıxmasını istəmirik”. Keçmiş baş nazir deyib ki, onun kabineti Səfərovun cəzasını Macarıstanda çəkməli olduğuna dair fikrindən heç vaxt dönməyib, çünki onlar bilirdilər ki, Azərbaycana transfer olunsa, Səfərov prezident İlham Əliyev tərəfindən əfv oluna bilər. Gyurçan deyib ki, onun ofisi bu barədə 2007 və ya 2008-ci ildə qərar verib və Bakıdan ”dəfələrlə edilmiş xahişlərə" baxmayaraq, qərarını dəyişməyib. Keçmiş lider deyir ki, onun əsas məsləhətçilərindən biri “azərbaycanlıların bu məsələni gündəlikdə daim saxlamaq cəhdləri” barədə ona məlumat verib.

Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |