Şrift:
Anbardan velosiped, evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər polis tərəfindən yaxalanıb
16.12.2019 [07:40] - Hadisə
Yasamal rayonunda anbardan oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən dərhal tədbirlər həyata keçirilib. Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan dörd velosipedin oğurlandığı müəyyənləşdirilib. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı dörd evdən 14 min 920 manat pul, 11 min 200 manat dəyərində qızıl-zinət əşyaları və bir noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov yaxalanıb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayondakı evlərin birindən televizor, DVD, altı suvenir qılınc və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Mansurov və Z.Nəsibov tutulub.
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında rayondakı iki evdən 13 min 720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazovu saxlayıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed