Şrift:
ANAMA: Bu il 80 ədəd mina zərərsizləşdirilib
16.12.2019 [08:00] - Hərb
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən 01 yanvar – 14 dekabr 2019-cu il tarixlərində 248 siqnal (əməliyyat çağırışı) əsasında 216 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Agentlikdən verilən məlumata görə, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, qoruq ərazisinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib.
Baxışlar zamanı 1 940 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 27 ədəd tank əleyhinə mina və 41 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 180 770 kv.m ərazi yerüstü və 14 167 kv.m ərazi yeraltı yoxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed