Şrift:
Daha 2 deputat Güney Azərbaycandakı zəlzələ qurbanlarına yardım etdi
13.09.2012 [13:28] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha iki millət vəkili qoşulub.

Cəmiyyətdən verilən məlumata görə, deputat Əli Məsimli 300 AZN və Mirkazım Mirkazımov isə 100 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib. Ümumilikdə isə avqustun 14-də başlanan kampaniyaya bu günədək 15739 manat vəsait yığılıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı humanitar aksiyaya qoşulan millət vəkilləri Novruz Aslan 1000 AZN, Qənirə Paşayeva 2500 AZN, Ayaz Orucov 2100 AZN, Qüdrət Həsənquliyev 394 AZN , Fazil Mustafa 200 AZN, Adil Əliyev isə 1000 AZN məbləğində yardım ediblər.

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva zəlzələdən dərhal sonra Azərbaycan Milli Məclisinin deputatlarına çağırış edərək onları bu yardım kampaniyasına qoşulmağa çağırıb.

P.S. Qeyd edək ki, Quzey Azərbaycanda yaşayan və adının hallanmasını istəməyən bir sıra Güney Azərbaycanlılar Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan departamenti vasitəsilə zəlzələ qurbanlarına yardım göndərib.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed