16.12.2019 [14:03] - Müsahibə
Həsən Rəncbəri Şərəfabad Kanadanın Vankuver şəhərində yaşayır. Əslən Güney Azərbaycanın başkəndi Təbrizdəndir. O, Azərbaycan mədəniyyətinin aşiqidir. Bununla yanaşı, ölkədə yaşayan soydaşlarımızın sosiologiyasını araşdıran mütəxəssis kimi də tanınır. Onun dediyinə görə, hal-hazırda Kanadada 300 min nəfərə yaxın soydaşlarımız yaşayırlar. Azərbaycan diasporu anlayışı burada 1930-cu illərdən yaranıb. O dönəmdə Rza Pəhləvinin şahlıq taxtında oturması və bunun ardınca diktatura rejiminin yaranması səbəbindən tarix boyu İran adlı ölkəni idarə etmiş Azərbaycan mənşəli kübar ailələr və ziyalılar məcbur olaraq mühacirətə üz tutmuşlar. Beləliklə də Kanadada ilk Azərbaycan diasporu yaranıb.
– Həsən bəy, Kanadaya nədən üz tutaraq yaşamaq qərarına gəldiniz?
–Tarixin elə bir dönəmini yaşayırıq ki, hər hansı dövlət dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz. Ötən əsrin 90-cı illərində Güney Azərbaycanda ana dilində təhsil, milli mədəni hüquqlara sahib olmaq, qəzet-dərgi çap etdirmək çox çətin idi. 1925-1978-ci illər aralığında mövcud olan pəhləvilər xanədanlığı biz Azərbaycan Türklərini inkar siyasətini aparmışdır. 23 Bəhmən İnqilabından sonra da bu siyasət davam etdirildi. Bizim milli varlığımız demək olar ki, inkar olunurdu. Bunun qarşılığında “islam millət deyil, ümmət tanıyır” adlı hədəflər irəli sürülürdü. Buna görə də mühacirətə üz tutmalı oldum. Məqsədim heç də xaricdə xoşbəxt bir həyat sürmək deyil, ana dilimizdə mətbu orqanlar yaratmaq, milli mədəniyyətimizi qürbətdə olsa belə, onu inkişaf etdirmək olmuşdur.
–İndi durum necədir?
–Kanadada 300 minə yaxın azərbaycanlı soydaşlarımız yaşayırlar. Ottava, Monreal, Ontario, Britaniya Kolumbiyası, Kvebek, Alberta, Yeni Şotlandiya, Saskaçevan, Nyu-Brunsvik, Nyufaundlend, Labrador və digər iri şəhərlərdə soydaşlarımız məskunlaşıblar. Demək olar ki, hər şəhərdə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərirlər. Faktiki olaraq bunu da əlavə etmək olar ki, Amerika qitəsində yaşayan azərbaycanlıların toplam sayı bir milyon nəfərdən çoxdur. ABŞ-da bir milyona yaxın, Argentinada 12 min, Braziliyada 70 min, Kanadada 300 min, Meksikada 27, bundan əlavə Panama, Kosta-Rika, Nikaraqua, Salvador, Yamayka, Boliviya, Venesuela, Qayana, Kolumbiya, Peru, Paraqvay, Surinam, Uruqvay, Çili və Ekvador kimi dövlətlərdə də soydaşlarımız yaşayırlar.
–Bununla yanaşı, bir sıra diaspor təşkilatları da bir araya gəliblər. Bu barədə nə deyə bilərsiniz?
–Bir sıra uğurlara imza atmışıq. Bu da məni çox sevindirir. 2005-ci il aprel ayının 16-da Kanadanın Toronto şəhərində “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”, “Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi”, “Kanada-Azərbaycan Qadınlar Assosiasiyası”, “Azərbaycan-Kanada Dostluq Cəmiyyəti”, “Kvebek Azərbaycanlıları Assosiasiyası”, “Ontario Azərbaycanlıları Cəmiyyəti”, “KanadaAzərbaycan Alyansı”nın iştirakı ilə Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı keçirilmişdir. Bu diaspor tarixində ən möhtəşəm addımlardan biri sayılır. Demək olar ki, diasporumuzun bütün intellektual səviyyəli insanları bu ali qurumda birləşiblər. O dönəmdən başlayaraq çox möhtəşəm addımlar atılmışdır. Bütün bunlar isə Azərbaycan diaspor quruculuğu problemlərinin həlli istiqamətində atılan addımların səmərəliliyini təmin etmək üçündür. Beləliklə də Kanadadakı Azərbaycan cəmiyyətlərinin vahid bir mərkəzdən fəaliyyət göstərməsi ən üstün səviyyəyə qaldırılıb. Bu həm də Azərbaycan icmalarının fəaliyyətini koordinasiya edən bir struktura çevrilib. Biz həm də bu qurumun daha güclü olması üçün “Kanada Türk Diaspor Təşkilatları Federasiyası” ilə birgə əməkdaşlıq edirik. Demək olar ki, Kanada boyunca 16 diaspor təşkilatımız mövcuddur. Bu qurumların arasında daim koordinasiya şəklində əlaqələr yaşamaqdadır. Böyük şəhərlərdə hər ay “Azərbaycan gecəsi” adı altında milli konsertlər təşkil olunur. Olduqca professional səviyyədə milli mədəniyyətimizi yaşadan insanlarımız bu işdə hər zaman bizimlə birlikdə addımlar atırlar.
–Siz həm də Azərbaycan dilçiliyi və dünyanın harmoniyası adı ilə elmi araşdırmalar da aparırsınız.
–İstənilən dil sadəcə danışıq tərzinin faktoru sayılmamalıdır. Dil , gerçəkliyin tablosudur. Bu səbəblə dilin strukturu, dünyanın struktur ilə üst üstə düşür. Dilin strukturunu başa düşərsək, dünyanın nizamını da öyrənmiş olarıq. Dil dünyanı təmsil edən bir tablo olduğu üçün, dünya arasında bir uyğunluq əlaqəsi vardır. Vəziyyət dünyanı yaradarkən cümlələr də dili təşkil edir. Dil, cümlələr bütünüdür. Dilin bütünlüyü həm də dünyanın bütünlüyünün yerini tutar. Cümlələrin ən yalın ünsürləri, adlardır. Cümlələr içində əlaqələndirilən adlar isə dünyadakı nəsnələr arasındakı əlaqələrə rast gələr. Dünya ilə dil arasında oxşarlıq olmadığı vəziyyətdə cümlənin heç bir anlamı olmaz. Dünyanın və dilin eyniliyini , hər ikisinin də əsasını məntiqli struktur müəyyən edər. Beləliklə, dilin hududları dünyanın hududları deməkdir.
–Bayaq qeyd etdiniz ki, Kanadada toplam 300 min nəfər soydaşımız yaşayır. Bəs onların arasında maarifçilik yönündə hansı işlər görülür?
–Öncə onu qeyd edim ki, 1992-ci ildən üzü bu yana Kanadada yaşayan soydaşlarımız bir sıra dərgilər və kitablar dərc etməyə başlamışlar. Hazırda Kanadada azərbaycanlılar tərəfindən təsis olunmuş "Odlar Yurdu" radiosu yayımlanır. Bundan başqa, əvvəllər "Qurtuluş" jurnalı çap olunurdu. Sonradan onu "İldırım" jurnalı əvəz elədi. İlk zamanlar "Azerbaijan Post" qəzeti nəşr edilirdi. Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı Azərbaycan telekanalı açılıb. KADF ilə RO GERS TV arasında bağlanan müqaviləyə əsasən, “Az Can TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla RO GERS TV-nin nəzdində fəaliyyət göstərirdi. Bununla yanaşı onu da əlavə etməliyəm ki, indi dünyada elektron vasitələrinin sürətli inkişafı bir sıra problemlərin çox asanlıqla çözümü deməkdir. Rza Bərahani, İlham Axundov, Cavad Zərrin, Yusif Savalan, Səbinə İsgəndərova, Həsən Enami, Əlirza Miyanalı, Həsən Dabbar və digər görkəmli soydaşlarımızın nüfuzu sayəsində bütün bunlar öz həllini tapır.
–Bəs mədəni-kütləvi tədbirlərin durumu necədir? Çünki, diaspor adına kütləvi tədbirlərdə hamını bir yerdə görmək mümkün olur.
–Tamamilə doğrudur. Çünki, hərənin öz iş-gücü var, kimisi tələbədir, kimisi də işçidir.
Monreal şəhərində “Tomris” Kanada-Mərkəzi Asiya Beynəlxalq Dostluq Mərkəzinin təşkilatçılığı ilə hər il Türk Dünyasının adət-ənənələrinin tanıdılması məqsədilə “Novruz” adlı festival keçirilir. Buraya diaspor təşkilatlarımızla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın Kanadadakı səfirlikləri də qatılırlar. Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, Kanadada yaşayan Anadolu Türklərinin, Krım Tatarlarının, Doğu Türküstanı təmsil edən diaspor təşkilatıarı da bu festivallara qatılırlar. Bundan əlavə, Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin və Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də öz proqramları ilə çıxış edirlər. Ən çox qürur duyduğum məsələ isə, bu tədbirlərdə Azərbaycan bayrağının Kanadanın səmasında dalğalanmasıdır. Təbrizdə bu addımı atan adamı azından beş il həbs cəzası və ən qəddar işgəncələr gözləyir.
–Sizlər həm də Güney Azərbaycanda milli-mədəni proseslərin inkişafı haqqında da bir sıra layihələri həyata keçirirsiniz.
–Bizim tək məqsədimiz dünyanın harasında yaşamasından asılı olmayaraq, xalqımızın öz dəyərlərini qoruyub saxlaması və bütün bunları inkişaf etdirməkdir. Ona görə də,
Kanadada Azərbaycan dilində “Tebriztube” adlı internet televiziyasını yaratmışıq. Gündəlik 24 saat yayımlanan televiziyanı www.tabriztube.com internet ünvanında yerləşən sayt vasitəsilə canlı şəkildə izləmək mümkündür. Biz burada Azərbaycan diasporu üçün nəzərdə tutulan televiziyanın vasitəsilə milli mədəniyyətimizə, tariximizə həsr olunan verilişlər hazırlayırıq. Azərbaycanın tanınmış ziyalılarının müsahibələrini yayımlayırıq. Azərbaycan dilində fəaliyyət göstərən “Tebriztube” internet televiziyasının izləyiciləri sayt vasitəsilə Azərbaycanın tanınmış xanəndələrinin ifaları, ziyalılarının müsahibələri və sairə videolarla da tanış ola bilərlər. Bununla yanaşı, öz dilimizdə günün olaylarını yayınlamaqla insanlarımızın buna alışmasını düzənləməkdir. Biz həm də istər Güney Azərbaycanda, istərsə də Quzey Azərbaycandakı həqiqətləri operativ şəkildə mühacirətdə yaşayan soydaşlarımıza çatdırırıq. Vahid informasiya məkanının olması isə, hər kəs üçün yetərli bir baza sayılır.
–Bəs Qarabağ həqiqətlərini necə, Kanadada yerli əhaliyə və dövlət qurumlarına, ictimai və siyasi təşkilatlara tanıtmaqda çətinliyiniz yoxdur ki?
–Etiraf edim ki, ötən əsrin 90-cı illərində Kanadada bu yöndə yetərincə problemlərimiz olmuşdur. Çünki, ortada “Dünya Xristian Kilsələri Şurası” və digər xristian qurumlarının bu yöndə mövcud olan təbliğatları ermənilərin apardığı genişmiqyaslı fəaliyyətlərindən daha üstün sayılırdı. Keçmiş Sovetlər Birliyi hökumətinin 1988-ci ildən Azərbaycanda başlanılan milli azadlıq hərəkatına “radikal islamçı” damğasını vurması bütün bunlara qarşı təsirini göstərmişdi. Çünki, Azərbaycan və Qarabağ həqiqətləri Kanadada yayan Moskvadakı müxbir postlarının səhvləri ucbatından təhrif olunurdu. Bu gün Azərbaycan bir dövlət olaraq, öz müstəqilliyini qoruduqca, əsil gerçəklər də üzə çıxır. Çünki, indi Azərbaycan bir dövlət kimi özü dünyaya inteqrasiya etməkdədir. Artıq Azərbaycana elə Azərbaycanın gözü ilə baxmağa başlamışlar. Bütün bunlarla yanaşı, Kanadadakı bizim diaspor təşkilatlarımız da sakit oturmamışlar. Hər bir diaspor təşkilatının gündəlik iş prinsipi vardır. Bu, Kanadada Azərbaycanı tanıtmaq düsturudur.
–Bakıya nə vaxt gəlməyi düşünürsünüz?
–Təbrizdən xaricə getmək üçün ilk addım olaraq Bakıya gəldim. Burada bir neçə il yaşamalı oldum. Yeni qurulan bir dövlətin problemləri də çox olur. Ancaq, zamanla hər şey öz axarını tapır. İyirmi il bundan öncənin Bakısı ilə bu günün Bakısı arasında xeyli fərq var. İnsanların da düşüncə tərzi şəhərin özü kimi inkişaf etməkdədir. Bütün bunları gördükcə içimdə qürur yaranır. Bizim millət yaratmaq və qurmaq kimi istedadını hər yerdə nümayiş etdirə bilmək imkanlarına sahib olmalıdır. Avqust ayı mənim üçün tətil ayıdır. Hər dəfə olduğu kimi, yenidən Bakıya gələcəyəm. Mən hər dəfə Azərbaycana gəldiyimdə çox güclü bir şəkildə buradan enerji alıram. Bu vətən və millət sevgisinin enerjisidir.
Söhbətləşdi: Ə. Yusifoğlu

Bu xəbər oxucular tərəfindən 6417 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |