Şrift:
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
17.12.2019 [07:15] - İdman
UEFA-nın İsveçrədəki mənzil-qərargahında Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

“Borussiya Dortmund” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa);
“Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə);
“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya);
“Atletiko Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə);
“Çelsi” (İngiltərə) - “Bavariya" (Almaniya);
“Lion” (Fransa) - “Yuventus” (İtaliya);
“Tottenhem” (İngiltərə) - “Leyptsiq” (Almaniya);
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya);

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 18-19-da və 25-26-da oynanılacaq. Cavab qarşılaşmaları isə martın 10-11-də və 17-18-də keçiriləcək.
UEFA Çempionlar Liqasının final matçı Türkiyə millisinin ev oyunlarını keçirdiyi Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed