17.12.2019 [07:42] - Hadisə
Bu ilin 11 ayı ərzində respublika ərazisində 15 min 638, o cümlədən Bakıda 4266 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, onlardan 21-i yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb. Əməkdaşların şücaəti sayəsində ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub. Meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki Müdafiə Qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, müxtəlif təyinatlı 276 texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |