Şrift:
Bu il boğulma təhlükəsi ilə üzləşən 261 nəfər xilas edilib
17.12.2019 [07:45] - Hadisə
Respublika ərazisində nəzarət olunan və olunmayan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 261 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, bu ilin 11 ayı ərzində nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla, cəmi 261 nəfər vətəndaş xilas edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed