17.12.2019 [08:16] - Hüquq
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Təhsil Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və mən” layihəsinin icrası başa çatdırılıb. Vəkillər Kollegiyasından bildiriblər ki, layihə Bakı, Mingəçevir, Gəncə, Qax, Masallı şəhər və rayonlarında yerləşən 10 məktəbi əhatə edib.
Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər beş həftə davam edib. Gələcək həftələrdə təlimlərin məhkəmələrin fəaliyyəti ilə tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə müvafiq rayonların məhkəmələrinə ekskursiyalar təşkil olunacaq. Layihə çərçivəsində, şagirdlərin təlimlərdə istifadəsi üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunub. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanıb. “Hüquq və mən” layihəsinin məsləhətçisi qismində GIZ-in əməkdaşı Şakir Səfərbəyov tərəfindən təlimçi kimi iştirak edən vəkillərə layihə hesabatlılığına dair məsləhətlər və layihənin icrasına texniki dəstək verilib. Təlimlər Vəkillər Kollegiyasının üzvləri tərəfindən keçirilib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |