17.12.2019 [09:00] - Diaspor
Azərbaycan elmi diasporun yaradılması ilə bağlı fikri eşidəndə çox sevindim. Azərbaycanın təkcə Fransada deyil, ümumiyyətlə bütün ölkələrdə fəaliyyət göstərən diaspora nümayəndələri əsasən intellektual səviyyəli insanlardır. Fransada da Azərbaycan diasporunun üzvləri əsasən gənclərdir. Həmişə düşünürdüm ki, bu gəncləri bir araya gətirmək lazımdır. Ona görə bu tədbir haqqında eşidəndə çox məmnun oldum. Bu fikirləri Parisdə Azərbaycan elmi diasporunun təsis yığıncağında iştirak edən Strasburq Universitetinin magistratura dərəcəsində təhsil almış Mehriban Ovçuyeva söyləyib.
Strasburqda ASEAF assosiasiyasının üzvü olduğunu söyləyən Mehriban Ovçuyeva deyib: “Assosiasiyamız mədəniyyət, diaspora və lobbiçilik sahələrində fəaliyyət göstərir və tədbirlər təşkil edir. Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət sahələrində mövqeyini Avropa İttifaqının paytaxtlarından biri olan Strasburqda təşviq edirik və gələcəkdə də edəcəyik. Fransadakı səfirimiz Rəhman Mustafayev də bu istiqamətdə maraqlı təkliflər və tövsiyələr verir. Güc birlikdədir və birlikdə elmi diasporanın fəaliyyətini gücləndirəcəyik”, - deyə M.Ovçuyeva vurğulayıb.
DAVAM.AZ
“Avropa Bürosu”

Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |