Şrift:
“Tokio 2020” Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçıları elan edilib
18.12.2019 [11:20] - İdman
Yaponiyanın 2011-ci ildə dünya çempionatının qalibi olmuş qadınlardan ibarət futbol komandası “Tokio 2020” Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçısı olacaq. Bu barədə dekabrın 17-də Oyunların təşkilat komitəsi məlumat verib. Qeyd edilib ki, Olimpiya Oyunlarının məşəl estafeti gələn il martın 26-da Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima prefekturasındakı “J-Village” futbol üzrə təlim mərkəzindən start götürəcək. “Nadeshiko Japan” qadınlardan ibarət futbol komandasının 21 üzvü və həmin vaxt komandanın baş məşqçisi olmuş Norio Sasaki məşəl festivalında ilk yürüşçü kimi iştiraka razılıq veriblər. Tokioda bu münasibətlə keçirilən mərasimdə hücumçu Kozue Ando, müdafiəçi Azusa İvaşimizu, qapıçı Ayumi Kayhori və baş məşqçi Norio Sasaki iştirak ediblər. Yaponiyanın qadınlardan ibarət futbol komandası 2011-ci ilin iyulunda, ölkənin şimal-şərqində baş vermiş dəhşətli zəlzələdən və sunamidən cəmi dörd ay sonra dünya çempionu adını qazanıb. Estafetin digər iştirakçıları Yaponiyanın 47 prefekturası və sponsor şirkətlər tərəfindən seçiləcək.

DAVAM.AZ
“Uzaq Bürosu”
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed