Şrift:
Ermənistan Azərbaycanın döyüş məntəqələrini və kənd sakinlərinin evlərini intensiv atəşə tutub
18.12.2019 [11:34] - Hərb
Dekabrın 17-də saat 20:30 radələrindən başlamaqla Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər ki, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed