Şrift:
Tiflisdə "Miss & Mister Golden Brand 2019" yarışmasında gənclərimiz uğur qazandılar
18.12.2019 [15:23] - Borçalı
Gürcüstanın başkəndi Tiflisdə keçirilən "Miss & Mister Golden Brand 2019" gözəllik yarışmasında yerli azərbaycanlı gənclər də ilk beşlikdə uğurlu nəticə əldə ediblər.
Yarışmada 15 qız 8 oğlan iştirak edib. Qızlardan yerli azərbaycanlı Həyat Nəsibova Oğlanlardan isə, Elizbar Məmmədov, Osman Səfərov, Kənan Cəfərov sözügedən yarışmada iştirak ediblər. "Miss & Mister Golden Brand 2019" gözəllik yarışmasının qalibi, Luka Koxreidze ikinci yeri Elizbar Məmmədov üçüncü yeri isə Osman Səfərov qazanıb. İlk üçlükdə yer tutan yarışmaçılara müxtəlif hədiyyələr təqdim olunub. Özlərinə favori seçimində isə Jurilərin bir çoxu Elizbar Məmmədovu seçiblər və onlar tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed