Şrift:
“Dini missionerliyə qarşı mübarizə üsulları” adlı tədbir keçirilib
25.10.2011 [14:54] - Gənclik, Siyasi partiyalar
İran XİN nümayəndəsi: “Azərbaycanı ya narkomaniya ölkəsinə, ya da mollaxanaya çevirməliyik”

Səid Kürdi: “Biz islam və təriqət adı altında Kürdüstan toxumu səpməliyik”

Milli Dirçəliş Hərəkatı Partiyası “Elçibəy məktəbi” layihəsi çərçivəsində növbəti tədbirini keçirmişdir. “Dini missionerliyə qarşı mübarizə üsulları” adlı tədbirin qonağı tədqiqatçı alim, Milli Strateji Araşdırmalar Mərkəzinin eksperti Ənvər Börüsoy idi.


Çıxış edən partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli Azərbaycanda missoner qüvvələrin qurbanına çevrilən gənclərin hər gün artdığını qeyt etdi. “Regionlardan şəhərə təhsil almağa gələn imkanı zəif gənclər ayrı-ayrı dini emissarlar tərəfindən müxtəlif evlərə cəlb olunur. Onlara daha az pul ödəməklə böyük imkanlar yaradılır. Beləliklə, tələbə dörd illik təhsili müddətində həmin qüvvələrin qurbanına çevrilir.”
Söz, tədbirin qonağı Ənvər Börüsoya verildi. Azərbaycanda xristian missioner qüvvələrdən məlumat verən qonaq əsas mövzuya keçid aldı. “Azərbaycanda dini missionerliyin ən təhlükəlisi islam dini ilə silahlanıb ölkəmizdə fəaliyyət quranlardır. Bu, əsasən üç istiqamətdən gəlir: Amerika və Avropanın Ərəbistan üzərindən yürütdüyü vəhhabilik, Türkiyə üzərindən yürütdüyü nurçuluq (fətullahçılıq) və İrandan gələn fars-molla xətti. Bunların içində bəlkə də ən təhlükəlisi nurçu-fətullahçı xətdir. Nurçular 2005-ci ildə məni məhkəməyə verdilər. Lakin hər iki instansiyada qalib gəldim onlara. Nurçuluq 1898-ci ildə rəsmən Amerikada yaradlıb. Osmanlı artıq dağılmağa doğru gedirdi və yeni dini cərəyana ehtiyac vardı. Onun başında duran Səid Kürdi (sonradan Nursi oldu) hələ 1909-cu ildə Volkan qəzetində çıxış edirdi: “Biz islam və təriqət adı altında Kürdüstan toxumu səpməliyik”. Atatürk dönəmində mövcud model onların fəaliyyətini məhdudlaşdırdı. Sonradan isə ölkədə gedən liberallaşma İmam Xətib məktəblərinin açılmasına səbəb oldu. Həmin məktəblərdə oxuyan müəyyən adamları Avropaya aparaıb ixtisaslaşdırıb sonra yenidən Türkiyəyə göndərirdilər. Bu gün Türkiyənin başında duran Ərdoğan ölkənin bütün rabitə sistemini Beyrut ermənilərinə satıb. Hər kəs bilir ki, rabitə ölkənin əsas gücü. İndi bütün Türkiyə rabitəsi Beyrut ermənilərinin əlində.”
“Vəhhabilik də Amerikanın ərəb üzərindən Azərbaycana görə yürütdüyü bir siyasət. Vətənimizin hər bölgəsinə görə bir dini-siyasi cərəyanı işə salıb xarici qüvvələr. Məsələn Türkiyədə vəhhabilik yoxdur. İran isə Azərbaycan müstəqil olan gündən öz “fəaliyyəti”nə başlamışdır. Hələ 1992-ci ildə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ələkbər Vilayəti çıxış edərək bildirmişdir ki, “Azərbaycanı ya narkomaniya ölkəsinə, ya da mollaxanaya çevirməliyik. Həmin ildə yedinci mikrorayon ərazisində MTN əməliyyat keçirmişdir. İranın 17 nəfərlik yüksək rütbəli şəxsləri bir evdə həbs olunmuşdu. Məlum olmuşdu ki, bu adamlar döyüş zonasından əldə olunmuş məlumatları İrana göndərirmişlər.”
Tədbir gənclərin sualları və qarşılıqlı diskussiya şəraitində davam etdi. Qonaq sonda bildirdi ki, 2008-ci ildə Moskvada “Antituran” hərəkatı yaradılıb. “Onların Azərbaycanla bağlı məqsədi federativ dövlət yaratmaqdır. Buna görə də hər bir gənc bu məsələlərdə həssas olmalıdır.”

Sübhan Həmidov
Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed