Şrift:
Azərbaycan yığmalarının Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb
19.12.2019 [09:50] - İdman
Voleybol üzrə Avropa Liqalarının təqvimi açıqlanıb. Azərbaycan millilərinin də yarışdakı oyunlarının ardıcıllığı bilinib. Qadınlardan ibarət komandamız Qızıl Avropa Liqasına evdə start verəcək. Voleybolçularımız ardıcıl 2 ev matçından sonra səfərə çıxacaqlar. İkinci dövrənin ilk görüşü doğma divarlar arasında baş tutacaq. Yığma son 2 matçını isə ölkədən kənarda oynayacaq. Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət komandamız isə öncə Finlandiya ilə, sonra Xorvatiya ilə evdə-səfərdə oynayır.
Qeyd edək ki, Qızıl Avropa Liqasında “Dördlər finalı” iyunun 20-21-də Bolqarıstanda olacaq. Gümüş Avropa Liqasında isə həmin vaxt qrup qalibləri finalda üz-üzə gələcək və ən güclü Qızıl Avropa Liqasına yüksələcək.

Qızıl Avropa Liqası
Qadınlar

C qrupu
23-24 may
I tur
Azərbaycan – Rumıniya
Ukrayna – İspaniya

27 may
II tur
Azərbaycan – Ukrayna
Rumıniya – İspaniya
30-31 may
III tur
İspaniya – Azərbaycan
Ukrayna – Rumıniya

6-7 iyun
IV tur
Azərbaycan – İspaniya
Rumıniya – Ukrayna

10 iyun
V tur
Ukrayna – Azərbaycan
İspaniya – Rumıniya

13-14 iyun
VI tur
Rumıniya – Azərbaycan
İspaniya – Ukrayna

Gümüş Avropa Liqası
Kişilər
A qrupu
23-24 may
Finlandiya – Azərbaycan


27 may
Xorvatiya - Finlandiya

30-31 may
Azərbaycan – Finlandiya

2 iyun
Azərbaycan – Xorvatiya

10 iyun
Xorvatiya – Azərbaycan

13-14 iyun
Finlandiya - Xorvatiya

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed