19.12.2019 [10:23] - Hadisə
Paytaxtın Nəsimi rayonunda Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən -a bildiriblər ki, naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq, oradan müxtəlif növ 550 qutu tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb. Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqətini cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq 7-ci polis bölməsinə gətirilib. Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |