Şrift:
Ədliyyə Akademiyasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə birgə təlim keçirilib
19.12.2019 [10:34] - Hüquq
Ədliyyə Akademiyası tərəfindən insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla videokonfrans vasitəsilə təlimlər təşkil edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıqda Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri ilə bağlı videokonfransların keçirilməsi mütəmadi xarakter alıb. Akademiyada Avropa Məhkəməsi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ)” mövzusunda videokonfrans vasitəsilə təlim keçirilib.
Təlimin açılışında çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Akademiya tərəfindən Avropa Şurası, o cümlədən Avropa Məhkəməsi ilə birgə hakim və digər hüquqşünasların İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müxtəlif maddələrinin şərhinə dair mütəmadi təlimlərə cəlb olunduğunu diqqətə çatdırıb. Tədbirdə apellyasiya və birinci instansiya məhkəmələrindən olmaqla 25 hakim iştirak edib. Videokonfrans zamanı Avropa İnsan Hüquqları Məhkəməsi Katibliyinin baş hüquqşünası Vüqar Fətəliyevin təqdimatı dinlənilib. V.Fətəliyev Konvensiyanın 1 saylı Protokolunun 1-ci (Mülkiyyət hüququ) və 6-cı maddələrini (Ədalətli məhkəmə araşdırması hüququ) şərh edib, pozitiv və neqativ öhdəliklərdən bəhs edərək həmin maddələr üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını hakimlərin diqqətinə çatdırıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed