19.12.2019 [11:12] - Gənclik
Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan milli debat proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu: Payız-2019” layihəsinin bağlanış mərasimi keçirilib, qaliblər mükafatlandırılıb.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Bakı Gənclər Debat Forumu: Payız-2019”un final oyunu təşkil olunub. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbirdə çıxış edərək XX dəfə keçirilən debat forumunun final mərhələsinə qatılan bütün iştirakçılara təbriklərini çatdırıb. Bu il BDU-nun 100 illik yubileyinin qeyd olunduğunu xatırladan rektor ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, təhsilə göstərilən qayğıdan söz açıb. Davamlı şəkildə keçirilən Respublika Gənclər Debat forumlarında aktual mövzuların müzakirəyə çıxarılmasının təqdirəlayiq hal olduğunu vurğulayan E.Babayev tələbələrin bu debatlarda fəallıq göstərmələrindən məmnunluğunu ifadə edib. Rektor bildirib ki, gənclər debatlar vasitəsilə natiqlik sənətinə, qarşı tərəfi inandırmaq və öz fikirlərini əsaslandırmaq bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirirlər. Eyni zamanda, debatlarda cəmiyyətimiz üçün aktual mövzular fərqli baxışlardan təhlil edilir.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxışında qeyd edib ki, gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici ölkələrdə qürurla dalğalanıb. V.Vəliyev vurğulayıb ki, gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Debat forumları da bu siyasətin bir hissəsidir. Məhz belə forumlar gənclərin bilik və bacarıqlarının inkişafı və nümayişi baxımından gözəl imkandır.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova rəhbərlik etdiyi qurumun ötən 20 ildəki fəaliyyətindən, eləcə də uğurla başa çatan mövsüm ərzində görülən işlərdən danışıb. Bildirib ki, debat forumları ölkəmizdə beynəlxalq səviyyədə rəqabətə davamlı gənclərin üzə çıxarılması və inkişafı baxımından mühüm platformadır. Buna görə forumların əhatə dairəsi, ona göstərilən maraq ildən-ilə artır.
Tədbirdə məlumat verilib ki, oktyabr-dekabr aylarında keçirilən XX “Respublika Gənclər Debat Forumu: Payız-2019” çərçivəsində “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilər üstün tutulmalıdır” mövzusunda ümumilikdə 2 minə yaxın gənci əhatə edən 52 debat təlimi və görüş, 44 daxili debat turniri və 4 regional debat forumu keçirilib. Debat forumları Sumqayıt, Gəncə, Şəki, Mingəçevirdə təşkil olunub. Bundan əlavə, layihə çərçivəsində 41 komandanın və 200-ə yaxın gəncin iştirakı ilə “Bakı Gənclər Debat Forumu: Payız-2019” reallaşıb. “Bakı Gənclər Debat Forumu: Payız 2019”un Azərbaycan dili bölməsi üzrə finalında Azərbaycan Texniki Universitetinin “HipoTenuz” və Bakı Dövlət Universitetinin “Kapitan Qrantın Uşaqları” komandaları mübarizə aparıblar. Forumun rus dili bölməsi üzrə isə qalib adı uğrunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Poluşko-pole” və Bakı Dövlət Universitetinin “Katyuşa BQU” komandaları yarışıblar. “Kapitan Qrantın Uşaqları” və “Katyuşa BQU” komandaları müvafiq olaraq Azərbaycan və rus dili bölmələri üzrə yarışların qalibi adını qazanıblar. Final görüşlərindən sonra “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonda “Bakı Gənclər Debat Forumu: Payız 2019”un qalibləri, finalçıları, eləcə də il ərzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin fəaliyyətini geniş işıqlandıran mətbuat nümayəndələri təltif ediliblər.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |