20.12.2019 [11:39] - İdman
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində təşkil edilən Bakı birinciliyinin final mərhələsi keçirilib. Bununla da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2015-ci ildən həyata keçirilən proqramın üçüncüsünə də yekun vurulub. “Olimpiya hərəkatı” proqramına daxil olan badminton, həndbol və velosiped yarışlarına Bakının 12 rayonundakı 291 məktəbdən ümumilikdə 13 mindən çox şagird qoşulub. Noyabrdan məktəbdaxili yarışlarla start götürən layihənin final mərhələsində hər rayonda birinci yeri tutan komandalar mübarizə aparıblar. Proqramın yekun tədbirində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Velosiped İdman Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Olimpiya çempionları və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə həndbol üzrə yarışların final qarşılaşması keçirilib. Beləliklə, “Olimpiya Hərəkatı” proqramının həndbol yarışlarında 183, 12 və 80 saylı orta məktəblərin şagirdləri ilk üç pillədə qərarlaşıblar. Badminton yarışlarında 286, 260 və 276 nömrəli orta məktəblərin komandaları fərqləniblər. Velosiped yarışlarında isə ilk üç yeri müvafiq olaraq 308, 29 və 111 nömrəli məktəblərin təmsilçiləri tutublar. Sonda qaliblər mükafatlandırılıblar.
Məktəblilərin “Olimpiya Hərəkatı” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. “Olimpiya Hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir. Proqram “Bakı 2015” ilk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |