Şrift:
Ötən gün borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılıb
20.12.2019 [11:48] - Hadisə
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 9 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed