20.12.2019 [12:03] - Hüquq
Ekspertiza sahəsində edilən dəyişikliklər, xüsusilə özəl ekspertizanın yaranması bu sahədə mühüm və inqilabi addımdır. Özəl ekspertiza mərkəzlərinin yaradılması zərurəti ekspertiza müddətləri ilə bağlı narazılığın aradan qaldırılması ilə bağlıdır.
Bunu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sədri Fuad Cavadov “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanunun müzakirəsi ilə bağlı keçirilən tədbirdə deyib.
Fuad Cavadov qeyd edib ki, əvvəllər ekspertizanın aparılması müddəti göstərilmirdi. Bu da narazılığa səbəb olurdu. Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Hazırda qanunvericilikdə ekspertizanın icra müddəti konkret göstərilib. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır.

Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |