Şrift:
Vəkilliyə namizədlər üçün yazılı test imtahanı yanvarın 31-də keçiriləcək
20.12.2019 [12:14] - Hüquq
Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə yeni üzvlərin qəbulu üçün şərait yaradılması tövsiyə olunub. Vəkillərin İxtisas Komissiyasından bildiriblər ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən gələn il yanvarın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq və elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcək. Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 192 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdırlar. Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed