Şrift:
Gənclər təşkilatlarının fəaliyyət strategiyasının planlaşdırılmasına konfransı keçiriləcək
20.12.2019 [12:48] - Gənclik
Dekabrın 20-22-də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə NAYORA-ya üzv olan, eləcə də digər gənclər təşkilatlarının və gənclər evlərinin iştirakı ilə gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı keçiriləcək. Layihənin gənclər təşkilatları arasında əməkdaşlığın, şəbəkələşmənin inkişaf etdirilməsi, yerli və beynəlxalq donorlarla işbirliyinin möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir. Konfransın məqsədləri hədəflərin müəyyənləşdirilməsi, fəaliyyət strategiyasının planlaşdırılması, şəbəkələşmə, analitik təhlil və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, nəticələrin dayanıqlılığının təmin olunmasından ibarətdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed