Şrift:
İranda zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində Azərbaycanda toplanmış pulun 19 842 dolları İran bankının hesabına köçürülüb
13.09.2012 [16:18] - Sosial
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində sentyabrın 12-dək 19996,23 ABŞ dolları (15739 manat) vəsait toplanıb. APA-nın AzQAC-a istinadən verdiyi məlumata görə, indiyədək kampaniyaya 49 nəfər qoşulub.

Yığılan puldan 4 dəfə İran Milli Bankının Bakı filialının hesabına köçürmələr olub. Köçürmələrin ümumi məbləği 19 842 ABŞ dollarıdır. Köçürülmələrdən müvafiq bank xidmətləri tutulur.

Yardıma qoşulanlar arasında Milli Məclisin yeddi üzvü var.

Qeyd edək ki, kampaniyaya avqustun 14-dən start verilib.
Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed