Şrift:
Marneulidə “Gəlin Həmrəy Olaq” adlı bayram şənliyi keçirilib
23.12.2019 [00:39] - Borçalı
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlə həsr edilmiş “Gəlin Həmrəy Olaq” adlı bayram tədbiri keçirilib. Bayram tədbirində ziyalılar, müəllimlər, gənclər və valideynlər qatılıb. Şənlikdə ilk öncə Şaxta baba və Qar qız qonaqları bayramlar münasibətilə təbrik edərək sözü Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Direktoru Aygül İsayevaya veriblər. Qonaqları salamlayan Aygül İsayeva dünyada “Həmrəylik Günü”nü qeyd edən nadir xalqlardan olduğumuzu və dünya azərbaycanlılarına həqiqi həmrəylik arzuladığını, hər zaman bir-birimizə dəstək olmağın vacib olduğunu bildirib. O elə buna görədə bizim bu günkü şüarımız “Gəlin Həmrəy Olaq”dır deyə qeyd edib.
Tədbirdə digər çıxış edən qonaqlar da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə dünya Azərbaycanlılarını təbrik edib xoş arzularını çatdırıblar.
Daha sonra mərkəzdə təhsil alan gənclərin ifasında Azərbaycan, gürcü, ingilis dillərində mahnılar, milli və gürcü rəqsləri, səhnəciklər, şeir, akrobatik gimnastika və s. nümayiş etdirilib. Şənlikdə baş tutan intellektual oyunun qaliblərinə hədiyyələr təqdim edilib. Mərkəzdə dərs deyən müəllimlərə - Leyla Babayeva, Gürcü dili və ədəbiyyat müəlliməsi; Fatma Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi; Kamran Əfəndiyev, Kompüter müəllimi; Məhəmməd Aslanov, İngilis dili müəllimi; Nərgiz Nəbiyeva, Tarix müəlliməsi; Musa Omarov, Məntiq və Riyaziyyat müəllimi;
Afaq Qasımova, Hafizə Qasımova, Məktəbəqədər hazırlıq üzrə müəllimələrə GAİM-nin adından “TƏŞƏKKÜRNAMƏ”lər təqdim edilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed