Şrift:
“Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub
24.12.2019 [10:51] - İdman
İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıb. Qətərin paytaxtı Dohadakı “Xalifa” stadionunda keçirilən görüşün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində “Liverpul” klubu hesabı açıb. Müdafiəçilərin səhvindən sonra Sadio Manenin gözəl ötürməsini Roberto Firmino qola çevirib. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Liverpul” 1:0 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.
İngilislər klublararası çempionatın üç dəfə (1981, 1984, 2005) finalçısı olub. Hər üç görüşdə “Flamenqo”, “İndependyente” və “San-Paolo” komandalarına uduzub.
Turnirdə üçüncü yer uğrunda mübarizədə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Meksikanın “Monterrey” komandasını məğlub edib - 2:2 (penalti zərbələri - 4:3).
Qeyd edək ki, klublararası dünya çempionatı planetin ən güclü klubları arasında oynanılır. 1960-ci ildən etibarən təşkil olunan turnirin son üç ildə qalibi İspaniyanın “Real Madrid” klubu olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed