Şrift:
ASAN Beynəlxalq Assosiasiyasının yaradılması “ASAN xidmət” konseptini daha çox ölkəyə ixrac etməyə imkan verəcək
25.12.2019 [13:01] - Hüquq
Bu gün dünyada ayrı-ayrı sahələr üzrə beynəlxalq təşkilatlar mövcuddur. Lakin sırf vətəndaşlar üçün əlçatan dövlət xidmətlərini təşkil edən qurumların birliyi yox idi. Lakin ilk dəfə ASAN Beynəlxalq Assosiasiyası Azərbaycanın təşəbbüsü ilə yaradılır. Assosiasiyanın təsis edilməsində əsas məqsəd bu sahədə olan ən mütərəqqi konseptləri digər ölkələrə tətbiq etmək, təcrübə mübadiləsi aparmaq, institusional ekspert bazası yaratmaqdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
Agentliyin sədrinin sözlərinə görə Azərbaycan həmin assosiasiyanın yaratdığı imkanlar hesabına “ASAN xidmət” konseptini daha çox ölkəyə ixrac edə biləcək: “Bu baxımdan assosiasiyanın yaradılması uğurlu bir addımdır. Burada diqqət çəkən digər məqam odur ki, “ASAN” sözü təkcə Azərbaycan sözü olmaqla məhdudlaşmır, beynəlxalq təşkilatın adına və hüquqi xidmətlər göstərmək sahəsində beynəlxalq terminoloji sözə çevrilir”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed