Şrift:
Təbrizdə 4 azərbaycanlı fəalın dosyası inqilab məhkəməsinə göndərilib
14.09.2012 [12:32] - Güney Azərbaycan xəbərləri
Əfsanə Toqir, Vəhid Həbibçeşmə, Vəhid Rastqu və Məhəmməd İskəndərzadənin sənədi Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

Azərbaycanlı fəallar “Susma” dərgisini nəşr etdirməkdə şübhəli bilindikləri üçün tutuqlanıblar.

Məhəmməd İskəndərzadə mayın 20-i Əfsanə Toqir mayın 21-i Vəhid Həbibçeşmə iyunun 21-i və Vəhid Rastqu iyunun 27-də yaxalanıb, ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və Təbrizin mərkəzi zindanının metadon və kardərmani bölümlərində saxlanılırlar.

Qeyd etmək lazımdır ki, Əfsanə Toqir 23 gün işgəncələr altında saxlanıldıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Lakin digər milli-mədəni fəallar həbsdə saxlanılır və onların saxlanma qərarı ilə bağlı etirazına inqilab məhkəməsinin 2-ci şöbəsində hələdə baxılmayıb. Son məlumata görə, fəalların dosyası Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

Azərbaycanlı fəallar ölkənin təhlükəsizliyini pozmağa cəhd göstərmək və sistemin əleyhinə təbliğdə günahlandırılır.
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed