Şrift:
Aktauda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
25.12.2019 [14:28] - Diaspor
Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycanın və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ölkəmizin Mangistaudakı baş konsulu vəzifəsini icra edən Elmar Məmmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən, o cümlədən respublikamızın son 28 ildə qazandığı uğurlardan danışıb. Mangistau vilayəti akiminin müavini Bakıtjan Kaçakov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin xüsusilə son illərdəki inkişafına toxunub, xalqlarımızın eyni kökdən gəldiklərini, milli-mədəni dəyərlərinin, adət-ənənələrinin oxşar olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə azərbaycanlıları təbrik edib.
Sonra yerli konservatoriyanın kvartet simfonik orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və dünya şöhrətli digər bəstəkarların əsərləri ifa olunub. Tədbirdə milli rəqs qrupları “Şadval” və “Nastroyeniye” Azərbaycan və qazax rəqslərini nümayiş etdiriblər. Bundan başqa, “Dostluq” qrupu Azərbaycan xalq musiqisindən nümunələr, qazaxıstanlı müğənni Səid Burxanov isə Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar ifa ediblər.
Sonda Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən milli şirniyyatlar təqdim edilib. Tədbir boyunca Azərbaycan ilə bağlı videoçarx nümayiş olunub.

DAVAM.AZ
“Nur-Sultan Bürosu” (Qazaxstan)
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed