25.12.2019 [14:47] - Borçalı
Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli rayonu üzrə qərargah və şura rəhbəri Əsəd Əliyev seçilib. Bu barədə Əsəd Əliyevin özü məlumat verib. O bildirib ki, "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahında yeni yaradılan siyasi şura daha fəal və daha demokratik fəaliyyət göstərəcək ki, seçkilərdə yüksək nəticələr əldə edək.
Məsələyə "Avropalı Gürcüstan" partiyasının Marneuli nümayəndəsi və bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev aydınlıq gətirərək bildirib ki, Ə.Əliyevin qərargah və şura rəhbərliyinə namizədliyini biz irəli sürdük. O bildirib ki, bu qərar partiyamızın şəhər və kənd nümayəndələri tərəfindən də təsdiqlənib.
"Partiyamızın Marneulidə yeni yaradılan qərargah və şurası üç istiqamətdə fəaliyyət göstərəcək. Bunlar ictimaiyyət, mədəniyyət və hüquq sahələri olacaq. Ə.Əliyev bacarıqlı və perspektivli bir gəncdir. Ümid edirik ki, o bu istiqamətdə gözləntilərimizi doğruldacaq",-deyə Ə.İmamquliyev qeyd edib.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |