Şrift:
Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir
26.12.2019 [12:34] - Mədəniyyət
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” telekanalının dəstəyi ilə keçirilən bədii-musiqili yaradıcılıq tədbirində bu gün milli mədəniyyətimizin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı imzaladığı dövlət proqramları uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir. Bədii-musiqili tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.
Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət təmsilçiləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər. Sonra Muğam Mərkəzinin tamaşa zalında Qarabağ muğam məktəbi yetirmələrinin konserti keçirilib. Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed