14.09.2012 [13:31] - Gündəm, Gənclik
Gənclər abidə önündə tədbir də keçirəcək.
1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə Türkiyə Şəhidliyi ziyarət olunacaq. “Mübariz Gənclər” Təşkilatının təşkilatçılğı, Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının dəstəyi ilə keçiriləcək tədbirin iştirakçıları, 20 saylı orta məktəbin yanındakı bağda toplaşıb Türkiyə Şəhidliyinə doğru hərəkət edəcək. 15 sentyabr saat 12-00-da başlayacaq ziyarətin təşkilatçılarından olan MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənlinin məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çağdaş gənclərin daha aktiv olduğunu göstərməkdir. Onun fikrincə, həmin ziyarətlə Şəhidlərə olan diqqət və sayqı, bu aktivliyin əsas əlamətidir.
“Mübariz Gənclər” Təşkilatının sədri İlkin Əliyev isə bildirib ki, onlar bu tədbiri keçirməklə “Heç kim və heç nə unudulmur” fikrini gənclərə təbliğ etmək istəyirlər. “XX əsrdə Azərbaycan və Türkiyə dar anlarında bir-birinin yanında olmaqla türk həmrəyliyini nümayiş etdiriblər. Biz də bu həmrəyliyi davam etdirməliyik.”
Nicat CƏMİLZADƏ

Bu xəbər oxucular tərəfindən 2090 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |