14.09.2012 [14:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Makılı şairin ad günü mərasimdə tutuqlananlar və VİDEO GÖRÜNTÜ
Bir neçə gün öncə tanınmış azərbaycanlı şair Əlirza (Dehdar) Qasimzadənin Makınun Hasın kəndində keçirilən Ad Günü mərasimində, iştirak edən mədəni fəallar ardıcıl tutuqlandı.
Məlumata görə, Əziz Omrani ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb, lakin o ETTELAAT idarəsinə getməkdən imtina edib. Ona növbəti telefon bağlantısında deyilib ki, əgər bir daha belə bir mərasimdə iştirak edərsə yaxalanacaqdır.
Mərasim iştirakçılarından daha birisi, Tehran sakini İbrahim Fərroxi isə sentyabrın 2-də tutuqlanıb və Makunun ETTELAAT idarəsinə aparılıb.
Həmçinin Şotun Şəhər Şurasının rəisi Hüseyn Həmzəlu mədəni zəmindəki fəaliyyətlərinə görə, avqustun 25-də (şəhrivərin 4-də) tutuqlanıb və 1 həftə saxlanıldıqdan sonra sentyabrın 1-də (şəhrivərin 11-də azadlığa buraxılıb.
Azərbaycanlı milli-mədəni fəal mühəndis Babək Möhsünnejad isə sentyabrın 4-ü (şəhrivərin 14-ü) Makınun mərkəzi dördyolunda yerləşən mağazasında tutuqlanıb və naməlum istiqamətə aparılıb.
Maku sakini tanınmış azərbaycanlı şair Bəhmən Nəsirzadə də ETTELAAT idarəsinə çağırılıb. Məlumata görə, Nəsirzadə ETTELAAT və məhkəməyə müraciət etmədiyi üçün, onun məcburi cəlb dilməsi ilə bağlı göstəriş verilib.
Son məlumata görə, Mərasimdə iştirak edən Poldəştli şair Əkbər Gəncizadə də Makının ETTELAAT idarəsi tərəfindən tutuqlanıb.
Əlirza Qasimzadənin döğum günü mərasiminin video görüntüsünü aşağıdakı lindən izləyə bilərsiniz

Bu xəbər oxucular tərəfindən 1593 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |